Şok edən Qəndil etirafları! 2 TƏCAVÜZ, 5 EDAM

Baxış sayı:
1816

Iyul ayında İraqın şimalındakı PKK düşərgələrindən qaçaraq Şırnakın Silopi mahalında təhlükəsizlik güclərinə təslim olan K. Jinda (42) və D. Delila (39) kod adlı qadın terroristlərin ifadələri, PKK-nın terrorçubaşı Murat Karayılanın sapıq və pozğun intim əlaqələrini və edamlarını ifşa edib.
 
İki qadın terrorçu, ifadələrində Karayılanın hər gün bir başqa qadınla və uşaq yaşdakı qızlarla sapıq intim əlaqələrdə olduğunu, buna qarşı çıxanların da dərhal edam edildiyini söyləyib. İtirafçı iki terrorçu yanvar ayında Bola düşərgəsini ziyarət edən Karayılanın Paperin və Helin kod adlı terrorçu qızları da özü ilə apardığını deyib. 3 gün sonra isə düşərgəyə geri qayıdan iki qızın Karayılanın başlarına silah dirəyərək onlara təcavüz etdiyini söyləyiblər.
Etirafçı terrorçular bu hadisədən qısa müddət sonra Sara Tolhindan kod adlı Sakinə Taş'ın da təcavüzə dirəndiyi üçün Karayılan tərəfindən otağında edam edildiyini söyləyib. Etirafçılar Karayılanın fevral ayında Bola düşərgəsinə gedərək daha əvvəl təcavüz etdiyi Paperin və Helin kod adlı qadın terrorçuları təcavüz hadisəsini digərlərinə anlatdıqları üçün saçlarından tutub, kütlənin qarşısında diz üstü yerə çöktürdüğünü söyləyib. İddiaya görə, Karayılan 70 terroristin qarşısında 'Haqqımda danışmağın cəzası ölümdür' deyə bağırdıktan sonra, belindən tabancasını çəkib, 4 gənci başlarından vurub.

Ancaq hadisədən sonra terror təşkilatı 5 terrorçunun TSK-nın hava əməliyyatlarında öldüyünü önə sürərək, öz edamlarını Türk əsgərinin üzərinə atdığı müəyyən olunub.
Müxalifət.az