ŞOK: Deputat “Range Rover”lə uşağı vurub qaçdı – İçkili olub - VİDEO

Baxış sayı:
8440

Rusiyada Novorossiysk şəhər dumasının deputatı Vitali But qalmaqallı hadisə ilə gündəmə gəlib. 

"Yeni Sabah" REN TV-yə istinadən xəbər verir ki, o, piyada keçidində yolu keçmək istəyən uşağı vurub.

Diqqət çəkən digər məqam odur ki, deputat idarə etdiyi “Range Rover” markalı avtomobillə vurduqdan sonra ona kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Onun hadisəni törədərkən sərxoş olduğu deyilir.

Bildirilir ki, millət vəkili artıq saxlanılıb. Oktyabrın 4-də baş verən hadis ilə bağlı onun barəsində iki – qəza yerindən qaçma və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi maddələri əsasında cinayət işi açılıb.