ŞOK: Balina fotoqrafı diri-diri uddu SAĞ QALDI – ANBAAN VİDEO

Baxış sayı:
6883

Cənubi Afrika Respublikasında az qala fotoqraf Rayner Şimpf həlak olacaqmış. Su fotoları ilə tanınan adamı balina udub, amma o, sağ qalıb.
Muxalifet.az xəbər verir ki, hadisə Port-Elizabet şəhərində baş verib. 51 yaşlı fotoqraf qrupla ekspedisiyada olarkən sahildən 40 km uzaqda köpək balığının hücumuna məruz qalıb. Onun gəmidə dayanıb müşahidə edən həmkarının dediyinə görə, əvvəlcə suyun üzündə delfinlər görünüb, ardınca nəhəng su sakini peyda olub. Balina Şimpfi ələ keçirib, hətta bədənini yarıya qədər udub da. Fotoqraf danışır: “Belə situasiyada qorxunun yeri yoxdur. Sən instinktini işə salmalısan”.
Balina nə düşünübsə, bir məqamda Şimpfi çölə “tüpürüb”. Beləcə, fotoqraf ölümdən xilas olub. Amma Rayner ona kin saxlamır. O, balinaları mehriban nəhənglər sayır.