ŞOK: "Azərbaycanda koronavirusa yoluxma riski var" - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2614

“Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər”.

Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.

Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.