ŞOK: Azərbaycanda koronavirusa yoluxanların sayında REKORD ARTIM - Bu gün daha 6 nəfər öldü

Baxış sayı:
3181

Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 464 koronavirus testi aparılıb.