ŞOK: ​Azərbaycanda dünya çempionu həbs edildi - FOTO

Baxış sayı:
6925

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.
Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.
Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.