ŞOK: Avtobus sürücüsü polislərə yalvardı: "Məni öldürün" - VİDEO

Baxış sayı:
7714

Beşiktaşda sərnişin avtobusunu vətəndaşların üzərinə sürən, 3 nəfəri bıçaqla yaralayıb daha sonra özünü dənizə atan sürücünün görüntüləri mobil telefonların yaddaşına köçürülüb.

Sürücü polisə "məni öldürün" deyərək yalvarıb.

***

21:05, 3 noyabr

İstanbul Böyükşəhər Bələdiyyəsinin mətbuat katibi Murat Onqunun açıqlamasına görə, hadisə zamanı yaralananların sayı 14-ə çatıb.

Necdet K. adlı sürücü əvvəlcə avtobusu dayanacaqdakı sərnişinlərin üzərinə sürüb. Daha sonra əlində bıçaqla avtobusdan enib və 3 nəfərə xəsarət yetirib. Sonra isə Beşiktaş Qülləsindən özünü suya atıb.

Polis onu sudan çıxarıb və bölməyə aparıb.

Yaralılardan 2-nin vəziyyəti ağırdır.

***

18:35

İlkin məlumata görə, sərnişin avtobusunun sürücüsü 3 nəfəri bıçaqlayıb. Daha sonra bilərək avtobusu dayanacaqdakı vətəndaşların üzərinə sürüb.

Hadisə zamanı 9 nəfər yaralanıb.

Qaçaraq özünü dənizə atan sürücü daha sonra polis tərəfindən saxlanılıb.

***

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa girib.

Beşiktaş səmtində baş verən hadisə zamanı çox sayda insan yaralanıb.

Olay yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.//publika