​ŞOK AÇIQLAMA: “Trampın ağlı varsa Çeçenistana gəlməz. Onu gözləyirik...” – Kadırov

Baxış sayı:
3793

Muxalifet.az xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyaya qarşı sanksiya tətbiq elədiklərinə görə, ABŞ prezidenti Donald Tramp, Almaniyanın baş naziri Angela Merkel və digər qərb liderləri Çeçenistana gələcəkləri təqdirdə onları həbs edəcəklərini bildirib.
Kadırov deyib: “Tramp, Merkel və digərlərinə qarşı sanksiyalar qoyduq. Əgər Çeçenistana gəlsələr, onları dərhal tutub həbs edəcəyik. Burada bank hesabları aşkar edilsə, onları da dərhal donduracağıq”.
Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadanın Toronto şəhərində keçirilən görüşündə Rusiyaya qarşı sanksiyaların artırıla biləcəyi bildirilmişdi.