ŞOK AÇIQLAMA: Orxan Pamuk yenə "ERMƏNİ GENOSİDİNİ" TƏSDİQLƏDİ

Baxış sayı:
13087

Nobel mükafatına görə "qondama erməni genosidini" təsdiq edən yazıçı Orxan Pamuk Türkiyəyə qarşı yenə nankorluğa davam edir . 
Muxalifet.az 
bu barədə tert.am saytına istinadla xəbər verir.

Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində keçirilən kitab yarmarkasında görünən türk yazıçısı Orhan Pamuk “qondarma erməni genosidinə” mövqeyini bildirdikdən sonra Türkiyənin ona münasibətindən şikayət edib.
 Nobel mükafatı laureatı deyib ki, özünü “cəsarətli adam” hesab etmir, lakin düşünür ki, fikrini demək lazımdır. “Moskovskiy Komsomolets” nəşri onun, “Bilirsinizmi, mən dünyanın elə bir yerində yaşayıram ki, burada yazıçılar öz düşüncələrinə görə həbsə atılırlar. Buna görə, mən xoşbəxt yazıçıyam və edə bildiyim tək şey – həqiqəti deməkdir”, sözlərini sitat gətirib. Nəşr yazır ki, Orxan Pamukun sözləri alqışlarla qarşılanıb.
Muxalifet.az