​ŞOK AÇIQLAMA: Naxçıvan Ermənistana verilsin

Baxış sayı:
35860

Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində cəbhə xəttində keçirdiyi görüşlərdən sonra Ermənistan mətbuatında Naxçıvana qarşı ərazi iddiaları yenidən ortaya atılıb.

Muxalifet.az xəbər verir ki, Ermənistan mətbuatına açıqlama verən politoloq Levon Şirinyan bildirib ki, müdafiə naziri və xarici işlər nazirinin cəbhə xəttində əsgərlər arasında olması xalq arasında böyük ümidlər yaradıb. Bu çox vacib addımdır. Naxçıvan daxil olmaqla bu ərazilərin hamısı bizim torpaqlardır. Hesab edirəm ki, biz bu torpaqları mütləıq geri almalıyıq.

“Biz, BMT-nin  təhlükəsizlik şurası və Beynəlxalq Haaqa məhkəməsi qarşısında məsələ qaldıraraq, oğurlanmış  Naxçıvanın Ermənistana qaytarılmasını tələb etməliyik”-deyə Şirinyan bildirib.