ŞOK AÇIQLAMA: Həbibin kəməri əlindən alına bilər

Baxış sayı:
3184

UFC prezidenti Deyna Uayt Həbib Nurhəməmmədovun Konor Makqreqorla görüşdən sonra yaşanan insidentlərə görə çempionluq kəmərindən məhrum edilməsi ehtimalını istisna etməyib.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə UFC sədri görüşdən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
 
“100 faiz deyə bilmərəm ki, Həbibdən kəməri almayacaqlar. Biz Nevada ştatının komissiyasına tabeyik və əminəm ki, sərt qərar qəbul ediləcək. O, mənim üçün yox, özü üçün narahat olmalıdır. Həbibin ciddi problemləri var”, - Uayt bildirib.
 
Qeyd edək ki, döyüşdən sonra baş verən mübahisə zamanı idmançılarla birlikdə onların komandaları da əlbəyaxa döyüşüblər.