​ŞOK: ABŞ öz məhvinə start verdi - SEPAH-dan hücum AÇIQLAMASI

Baxış sayı:
5410

ABŞ həyata keçirdiyi hücumun nəticələrini gözləsin!
Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının siyasi məsələlər üzrə müavini Yədullah Cavani deyib.
“Sözügedən hücumla prosesdə dəyişiklik olmayacaq, ancaq vəziyyət daha qarışıq bir şəklə düşəcəkdir. Bu qarışıq vəziyyət isə ABŞ-ın zərərinədir. ABŞ Suriyada həyata keçirdiyi hücumun bundan sonra bölgədə meydana gətirəcəyi nəticələrin səbəbkarıdır. Bu nəticələr heç şübhəsiz ABŞ-ın mənfəətləri çərçivəsində olmayacaqdır. Bu cür qərarlarla dirəniş cəbhəsi əsla gücünü itirməyəcək, tam əksinə, güclənəcək. Beləliklə, dirəniş cəbhəsinin bu cür müdaxilələrə qarşı mübarizə aparmaq imkanları artacaq”, - Cavani deyib.