ŞOK: ABŞ Azərbaycanın ətrafında onlarla nüvə bombası saxlayır

Baxış sayı:
5506

ABŞ təxminən 3800 nüvə döyüş başlığına malikdir.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Journal Bulletin of the Atomic Scientists" nəşri bildirib.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, 1300 döyüş başlığı qitələrarası ballistik raketlərdə yerləşdirilib, 300 təyyarə bombası isə ABŞ-ın hərbi bazalarından strateji bombardmançılarla çatdırılma üçün nəzərdə tutulub. Daha 150 nüvə başlığı Avropadakı bazalarda saxlanılır.

Qalan 2050 döyüş başlığı isə mümkün "texniki və geosiyasi sürprizlərdən" müdafiə kimi ehtiyatdadır. Gözlənilir ki, onlardan bir neçə yüzü 2030-cu ilə qədər istifadə ediləcək.

Tədqiqatçılar hesab edirlər ki, ABŞ-ın 11 ştatı və beş Avropa ölkəsində nüvə silahının saxlanıldığı 24 yer mövcuddur. Türkiyənin İncirlik təyyarə bazasında 50, Almaniya, Belçika və Hollandiyada 20, İtaliyada isə 40 nüvə döyüş başlığının saxlanıldığı bildirilir.