ŞOK: 34 manatlıq cəriməyə görə polisin gözü önündə avtomobilini yandırdı - FOTO

Baxış sayı:
2056

Türkiyənin Karabük bölgəsində qəribə hadisə baş verib.

Belə ki, Karabük-Yenicə avtomobil yolu istiqamətində hərəkət edən bir avtomobil jandarmanın keçirdiyi reydlər çərçivəsində saxlanılıb.

Avtomobilin faralarında çatışmazlıq olduğuna görə, jandarm dəstəsi sürücüyə 108 tl (34 azn) cərimə yazıb.

Sürücü nəzarət nöqtəsindən ayrıldıqdan təxminən yarım saat sonra yenidən oraya qayıdıb. O, cərimə yazan jandarma nümayəndəsinə etiraz olaraq avtomobilinin içinə benzin tökərək yandırıb. Dərhal əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Avtomobilini yandıran şəxs saxlanılıb.