Soçidə Putin-Ərdoğan görüşü başlayıb! PKK/ YPG vurğusu

Baxış sayı:
4387

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Putin arasında görüş başlayıb. Ərdoğan görüş ərəfəsində, "YPG/PYD Fəratın şərqindən təmizlənmədən Suriyanın ərazi bütövlüyü mümkün ola bilməz" - deyib.
 
Görüş öncəsi açıqlama verən Ərdoğan, "YPG/PYD-dən Fəratın şərqi təmizlənmədən Suriyanın ərazi bütövlüyü ola bilməz. Təhlükəsiz bölgə məsələsinin detallarını ABŞ ilə müzakirəyə davam edirik. Rusiya ilə koordinasiya halında hərəkət etməyi arzu edirik. İdlibdə Rusiyadan gözləntimiz vardığımız anlayışa davam edilməsidir. Konstitusiya komissiyasına dair çıxılmaz vəziyyətin artıq aşılması lazımdır" deyib.
 
PUTİN: SURİYADAKI HƏDƏFLƏRƏ KOMPROMİSLƏ NAİL OLA BİLƏRİK
 
Rusiya prezidenti Putin də "Türkiyə ilə birlikdə Suriyada tərəflər arasında dialoqa yeni təkan verəcəyimizə əminəm. Suriyadakı hədəflərə fəal, əhatəli işlərlə və kompromislə nail ola bilərik" deyə söyləyib.
Müxalifət.az