Soçidə Putin-Əliyev görüşü - “ŞƏXSİ TƏMASLARIMIZDA PAUZA YARANSA DA...” - FOTO

Baxış sayı:
15133

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Virtualaz.org RİA Novosti agentliyinə istinadən xəbər verir ki, prezidentlər ikitərəfli ticarət-iqtisadi əlaqələrdə müsbət dinamikanın müşahidə olunduğunu qeyd ediblər.

“Bizim şəxsi təmaslarımızda pauza yaransa da ölkələrimiz arasında münasibətlər inkişaf etməkdə davam edib və indi də uğurla inkişaf edir. Ticarət-iqtisadi əlaqələr möhkəmlənir, mal dövriyyəsi ötən il 2.5 milyard dollara çatıb”,-Putin deyib.

Rusiya prezidenti əlavə edib ki, ölkələrin bu istiqamətdə indən belə də yaxşı perspektivləri var. Habelə Putin digər istiqamətlərdə işlərin necə getdiyi barədə informasiya mübadiləsini zəruri sayıb.

Cavabında İlham Əliyev Rusiya dövlət başçısına görüşmək imkanına görə təşəkkür edib və Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.