Soçidə liderlərin zirvə görüşündən ilk açıqlamalar

Türkiyə, Rusiya və İran prezidentləri Soçidəki zirvə görüşündən dərhal sonra mətbuat konfransı keçiriblər.
Muxalifet.az xəbər verir ki, Putin mətbuat konfransındakı çıxışında Suriyadakı təhlükəsizlik bölgələri ilə bağlı atılacaq addımların müəyyənləşdirildiyini bildirib: "Suriyalılar öz talelərinə görə özləri qərar verməlidir. Türkiyə, İran və Rusiya Suriya Milli Dialoq Qurultayının keçirilməsi məsələsindən razı qalıb".
Ruhani isə görüşlə bağlı bunları qeyd edib: "Bu görüş elə bir zamanda aparılır ki, bu proses üç ölkənin birgə apardığı iş nəticəsində Suriyada sabitliyin yaranmasına zəmin hazırlayıb. Açıq görüş oldu. Üç ölkə öz fikirlərini çox açıq bir şəkildə bəyan etdi. Burada məqsəd Milli Konqresin yaradılmasıdır. Bu konqresdə bütün aktiv partiyalar, Suriyaya qarşı, hətta Suriya tərəfdarı olanlar bu konqresdə birləşəcəklər və bu ölkənin gələcəyi üçün müzakirə aparacaqlar. Bu konqresdə yeni konstitusiya üçün zəmin yaranacaq və azad, ədalətli seçki keçiriləcək".

Ərdoğan da mətbuat konfransında bildirib ki, liderlər arasında kritik görüş baş tutub. Azad, ədalətli və şəffaf bir siyasi proses məsələsinə razıyıq.