Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar

Baxış sayı:
9416

Soçi Beynəlxalq Hava Limanında erməni soyadlı əməkdaşları kütləvi şəkildə işdən çıxarırlar.

Bu açıqlamanı hava limanının əməkdaşları veriblər.

“Biz, “Soçi Beynəlxalq Hava Limanı” ASC-nin kollektivi, kömək üçün sizə müraciət edirik. Müəssisəmizdə ikinci ildir ki, milli əsaslarla kadrların sərt təmizlənməsi həyata keçirilir. Xüsusən də erməni soyadlı işçilər bütün vasitələrlə işdən azad olunurlar”, - deyə erməni saytı news.am həmin açıqlamadan sitat gətirib.

Rusarminfo isə xəbər verir ki, ilk "təmizləmə" qurumun nəqliyyat və aviasiya təhlükəsizlik xidmətlərində "qorxutma və məcburetmə üsulları" və ixtisarlardan istifadə edilməklə 2018-ci ildə başlamışdı. Nəticədə erməni soyadı olan 70-dən çox işçi işdən azad edilmişdi.

Son “təmizləmə” 100 nəfəri əhatə edəcək. Fəhlə yığıncaqlarda erməni əsilli əməkdaşlara, həmçinin rus soyadı daşıyanlara 1 sentyabr 2019-cu ilə qədər işdən könüllü çıxmaları təklif olunub.

İşçilər, Rusiya vətəndaşları və yerli Soçi sakinləri olduqlarını vurğulayaraq xahiş edirlər ki, “Soçi hava limanında ermənilərə qarşı ayrı-seçkilik hallarına son qoyulsun”.