Soçi zirvəsində TÜRKİYƏNİN 3 ŞƏRTİ

Suriyadakı daxili müharibəni bitirmək üçün yaradılan Astana ittifaqının memarı olan prezident Ərdoğan, Rusiya prezidenti Putin və İran prezidenti Ruhani ilə Rusiyanın Soçi şəhərində bir araya gəlir.
 
Türkiyə, Rusiya və İranın Suriyada müharibəni bitirmək və ölkədən terrorçuları təmizləmək üçün göstərdikləri təşəbbüslə uğur əldə edincə, üç təminatçı ölkə siyasi həllin əsasını qoymaq üçün ilk dəfə liderlər səviyyəsində görüşür.
Dövlət başçılarının üçlü zirvə görüşündə əsas gündəm maddəsi ölkədə müharibənin sona çatdırılması və siyasi keçidə başlanması olacaq. Üç ölkə siyasi həll məsələsində işləri başlamaq üçün lazımi zəminin yarandığı məsələsində həmfikirdirlər. Suriyanın ərazi bütövlüyü əsasında həll də tərəflərin ortaq görüşünü təşkil edir. Ancaq siyasi həll yolları məsələsində bəzi fikir ayrılıqları var. Bu istiqamətdə Türkiyənin həssaslıqları üç əsasda yekunlaşır.
 
TÜRKİYƏNİN ÜÇ HƏSSASLIĞI
 
İlkin olaraq bütün tərəflər terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün təhdid olduğu və qanuni tərəf olaraq görülməyəcəyi həqiqətini qəbul etməlidir. İkincisi, Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalındakı terrorçu ünsürlər təmizlənməlidir. Üçüncüsü də Əsəd rejimi vicdanları qanatdığı üçün, müxaliflərin həssaslığı gözardı edilməməlidir.
Bu istiqamətdə xalqların birgə müqəddəratlarını təyin etmələri üçün bir araya gətiriləcəyi Suriya Milli Dialoq Konqresinə PYD-nin dəvət olunması Türkiyə tərəfindən qətiyyətlə rədd edilir.
 
AFRİNƏ ƏMƏLİYYAT
 
Bununla bərabər, Türkiyə Kürdlərin bu qurultaydakı iştirakına əhəmiyyət verir. Afrin məsələsində də müttəfiqlərdən əməliyyata anlayışlı yanaşmaları gözlənilir. Bu istiqamətdə Rusiya prezidenti Putinin G-20 sammitində verdiyi vədlərin yerinə yetirilməsinə işarə edilir. Türkiyə, Rusiya ilə birgə bir əməliyyatla Afrinin demoqrafik quruluşunun qorunduğu və terrorçuların sığınacaq verilmədiyi bir bölgə halına gətirilməsini istəyir.
Prezident Ərdoğan, Afrində son zamanlardakı yerləşmələrlə bərabər 55 faiz Ərəb, 30-35 faizi Kürd və qalanı Türkmən əhalinin olduğu məlumatını vermişdi. Suriyada artıq müharibənin bitməsi və kompleks siyasi həll istəyən Türkiyə, bunun da ancaq Suriya xalqlarının sərbəst verəcəkləri qərarlardan keçdiyini vurğulayır.

Müxalifət.az