​SOCAR Türkiyədə neft-kimya kompleksi üçün investisiyaların məbləğini açıqlayıb

Baxış sayı:
7279

SOCAR və BP-nin Türkiyədə neft-kimya kompleksinin tikintisi üzrə birgə layihəsinin investisiya dəyəri təxminən 1,5-2 milyard dollar təşkil edəcək.
Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu “SOCAR Turkey Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
Z.Qəhrəmanovun sözlərinə görə, neft-kimya kompleksinin tikintisi 2019-cu ilin ikinci yarısında planlaşdırılır:
“Biz müəssisənin 2022-ci ilin sonunda istifadəyə verilməsini gözləyirik”.