​SOCAR rəhbərindən əmr: 126 əməkdaş...

Baxış sayı:
5101

SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif edilib.
Şirkətdən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müvafiq əmrlərinə əsasən, “Neftçilər günü” peşə bayramı ilə əlaqədar respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı ilə təltif edilib. SOCAR-ın idarə və müəssisələrində çalışan 126 əməkdaş bu mükafata layiq görülüb.