​SOCAR qazma zamanı baş vermiş qəza ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb.
SOCAR-dan verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.
Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Neftçilərin vəziyyəti qənaətbəxşdir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.