​SOCAR-da faciə: İKİ FƏHLƏ YARALANDI

SOCAR-ın Qaradağ rayonu ərazisində yerləşən 190 saylı quyusunda faciə baş verib.
SOCAR-ın sözçüsü İbrahim Əhmədov bildirib ki, Azneft İstehsalat Birliyinə məxsus quyuda baş verən hadisə zamanı iki nəfər yaralanıb.
 “Yararlılardan biri hazırda xəstəxanadadır, müalicəsi davam edir. Digər yaralı isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. Hadisə zamanı yaralanan işçilərin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılır. Yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək”, - SOCAR sözçüsü bildirib.
Qeyd edək ki, Yenicag.az saytının verdiyi məlumata görə, buruqda iş aparılan zaman boru iki işçinin üstünə düşüb. Hadisə zamanı 52 yaşlı Gözəlov Fikrət Alıkişi oğlu və 54 yaşlı Ədilov Cavad Əlibala oğlu yaralanıblar. Saytın məlumatıəna görə, Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.
İ.Əhmədov ölüm faktını təkzib edib./Axar.az/