SOCAR Azərbaycandan 444 dəfə varlı Avropaya sponsorluq edir

AXCP sədri Əli Kərimli Facebook səhifəsində SOCAR-ın növbəti idman yarışına sponsorluq etməsinə münasibət bildirib:
 
“Siz həyatda kiminsə özündən 444 dəfə zəngin birinə sponsorluq etdiyini görmüsünüz? Azərbaycan hakimiyyəti indi bu işlə məşğuldur. Avropadan idarəetməni, səhiyyəni, təhsili, sosial müdafiə sistemini öyrənmək əvəzinə öz aləmlərində Avropada qadın futbolunu inkişaf etdirirlər.
Siz deyildiniz pulumuz yoxdur bəhanəsilə benzinin qiymətini qaldıran? Sayənizdə özü borc içində batan SOCAR-ın hansı gününə yaraşır Avropada qadın futbol çempionatına sponsorluq etmək? Belə israfçılığa nə haqqınız var? Avropa iqtisadiyyatı nəinki SOCAR-dan, bütövlükdə Azərbaycan iqtisadiyyatından 444 dəfə böyükdür. Başa düşürsünüz bu nə deməkdir? Siz həyatda özündən 444 dəfə daha zəngin olan başqasına sponsorluq edən birinə rast gəlsəniz, həmin adam haqda nə düşünərsiniz?”