SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü
25-10-2017 20:25
Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az-ın APA-ya istinadən xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.
S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.