​SOCAR Almaniya bankları ilə danışıqlara başladı

Baxış sayı:
4927

Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.
Bunu apa-nın sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.
Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizinin tərkib hissələri olan “Şahdəniz-2” və TANAP layihələrinin maliyyələşdirilməsi ilə bağlı Almaniya Federativ Respublikası ilə danışıqlar aparılıb, 1.5 mlrd. ABŞ dollaradək vəsaitin cəlb edilməsi üçün zəmanətin verilməsi ilə bağlı bu yaxınlarda Nazirliklərarası Komitənin İclasında razılıq əldə edilib.