SOBR xüsusi təyinatlıları mafiyanın görüşünü alt-üst etdi - AZƏRBAYCANLILAR DA TUTULDU

Baxış sayı:
9042

Ötən gün Sankt-Peterburqda SOBR xüsusi təyinatlı dəstəsi və cinayət-axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası”nın üzvləri saxlanılıb.

Bu barədə nüfuzlu “Fontanka” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, tədqiqatçılar üç etnik qruplaşma avtoritetlərinin yığıncağına müdaxilə ediblər. Petroqraddakı "Mosarella" restoranında Çuvaşıyadan, Azərbaycandan və Gürcüstandan olan “oğru dünyası”nın nümayəndələrinin şam etdiklərini öyrənən güc strukturları zorla restorana daxil olublar.

Xüsusi əməliyyat təxminən axşam saat 8 radələrində restoranda əyləşən digər şəxslərin gözü önündə keçirilib. Gəncləri döşəməyə yıxıblar, əşyalarını götürüblər və güclə xüsusi maşınlara əyləşdiriblər.

Nəşrin yazdığına görə, oğru liderlərinin yığıncağının dağıdılması onların hansısa cinayət əməli törətdiklərinə görə deyil, profilaktik məqsədlərlə həyata keçirilib.