​Sobçak: Rusiya Krımda beynəlxalq öhdəlikləri pozub

Krımda yeni referendum keçirilməlidir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak söyləyib. Onun sözlərinə görə, Krım böhranı ilə bağlı məsələdə hansısa kompensasiyadan da söhbət gedə bilər:
“Rusiya beynəlxalq öhdəliyini pozub. Krımda insanlar yaşayır. Biz onlara geosiyasət subyekti kimi yanaşa bilmərik. Mən situasiyadan çıxış yolu kimi yeni referendumu görürəm”.