​Sobçak Putini debata çağırdı: İstəyirəm ki...

Baxış sayı:
3724

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak dövlət başçısı Vladimir Putini debata çağırıb.
Muxalifet.az xəbər verir ki, Sobçak media konfranslardan birində bu fikri səsləndirib.
“Mən yenə buradayam. Hazırda Putinə çağırış edərək onun debatda iştirak etməsini istəyirəm. Debatlar seçki kampaniyalarının məcburi prosedurudur. Putin bu prosedurlarda iştirak etmirsə, deməli, qayda pozuntularının olduğunu deyə bilərik”, - Sobçak bildirib.