​Sobçak prezident seçilərsə, Krımı qaytaracaq?

Rusiya prezidentliyinə namizədliyini irəli sürən Kseniya Sobçak Krımla bağlı mövqeyini açıqlayıb.
Sobçak Krımın işğalına qarşı olmadığını bildirib.
“Mən sərt ideologiya çərçivəsini dəstəkləmirəm. Mən hansısa partiyanın üzvü deyiləm, mən hətta “Krım bizimdir” ideyasının tərəfdarı və əleyhdarı deyiləm.
Rusiyanın gərək əsl siyasəti, hakimiyyəti olsun. İnsanların azad seçim imkanı olmalıdır ki, onlar necə yaşaşyacaqlarını, qonşuları ilə birgə Krımın kimə aid olmasını müəyyən edə bilsinlər”, – deyə o bildirib.