​Sobçak Kremlin layihəsidir... - Rus siyasətçi

Kseniya Sobçak Kremlin layihəsidir və seçkinin saxtalaşdırılması üçün Moskvaya lazımdır.
Bunu “Obozrevatel” saytına açıqlamasında rus müxalif siyasətçi, eks-deputat Konstantin Borovoy söyləyib.
 “Dəstək üçün 100 min imza böyük xərc tələb edir. Bugünkü şəraitdə bu xərcləri yalnız Kreml ödəyə bilər. Görünür, seçkilərə dəstək üçün piar kampaniyası lazımdır. Kreml seçimi Kseniya Sobçak üzərində edib və məhz o, seçkilərdəki situasiyanı canlandırmalıdır. O buna müxtəlif televiziya layihələri təklif edilən muzdlu menecer, piar menecer olduğuna görə razılıq verib. Onun maaşı da çox olacaq. Sobçakın professional reytinqi göstərir ki, ona veriləcək pul aylıq 50 min dollardan çox olmalıdır. Sobçak müəyyən mənada müxalif siyasətçi Aleksey Navalnıya alternativdir. Bu istiqamətdə onların arasında artıq konflikt var.
Əsas məsələ odur ki, Rusiyada seçki yoxdur. Müəyyən təbliğat kampaniyası var ki, namizədlərin təqdim olunması, rəqabət, seçki prosesi kimi illuziya yaradırlar” - o bildirib.