Şöbə müdirinə cinayət işi açılıb? - MAHİR DİBİROVDAN BARƏSİNDƏ YAYILAN XƏBƏRLƏRƏ REAKSİYA / Yenilənib

Baxış sayı:
6388

Muxalifet.az saytının redaksiyasına zəng açan Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Mahir Dibirov barəsində cinayət işi başlandığı haqda xəbərləri təkzib edib. 
M.Dibirov az əvvəl əməkdaşımıza bildirib ki, o, artıq 4 ildir təhsil sahəsində çalışmır və hansısa mənimsəmə faktı ilə bağlı ona cinayət işi açıldığının iddia olunması cəfəngiyyatdır.

***
12:51

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Open.az-ın məlumatına görə, sabiq şöbə müdüri barəsində toplanan cinayət işinin materialları baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. İş məhkəmə baxışındadır.
İş üzrə zərərçəkən Balakən rayon Təhsil Şöbəsi tanınıb.
Qeyd edək ki, Mahir Dibirov barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.