“Sənin dava dediyin mənim ayaqlarımın arasıymış, baba” – KÜRD QIZINDAN ŞOK ETİRAFLAR

Baxış sayı:
2964

Türkiyə mediası xəbər verir ki, təşkilatın əsl üzünü görərək geri qayıtmaq istəyən 3 yaraqlı təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində xilas edilib.
Diyarbəkirli 22 yaşlı Mərvə universitetdə oxuduğu zaman aldadılaraq, batmanlı 23 yaşlı Tuğba atası yaşındakı kişi ilə evlənməyə məcbur edildiyi üçün PKK sıralarına keçmişdilər. Suriyadakı daxili müharibəyə görə, YPG sıralarında müharibəyə göndərilən qadın terrorçular burada atası tərəfindən təşkilata təhvil verilən kobanili 21 yaşlı Halisə ilə tanış olublar. Qısa müddət ərzində təşkilatın iç üzünü görən terrorçular Türkiyəyə gələrək təslim olmaq qərarı veriblər. Məsələdən xəbər tutan Kilis Asayiş şöbəsinin kəşfiyyat şöbəsi komandaları isə dərhal hərəkətə keçirlər. Suriyada əlaqə saxladıqları yerli qüvvələrə xəbər göndərərək 3 nəfər qadın terrorçu ilə telefon əlaqəsi saxlayıblar. İlk telefon danışığı zamanı, Qəndildə olduqları dövrdə təşkilat rəhbərlərinin təslim olanlara Türkiyədə işgəncə verildiyini, hətta onların edam edildiyini bildirən qadın terrorçular buna görə qoxduqlarını bildiriblər. Kəşfiyyat işçiləri isə onların təslim olacaqları təqdirdə, sərhədə qədər çatdırılacaqlarını, hüquq çərçivəsində mühakimə ediləcəklərini və peşmanlıq qanunundan faydalana biləcəklərini deyərək, onlara dəstək olacaqlarını da vəd ediblər.
 
77 km-lik əməliyyat
 
Hökumət işçiləri peşman olmuş terrorçuların ailələri ilə də əlaqə saxlayıb, hər iki tərəfin görüntülü danışmasına imkan yaradıblar. Kəşfiyyat işçilərinin hazırladıqları plan əsasında 77 km-lik qaçış planı hazırlanıb. Qadın terrorçular əvvəlcə Hələbin PYD/YPG-nin nəzarətində olan Şeyx Maqsud bölgəsindən çıxarılıblar, sonda Suriya dövlətinin və müxtəlif qrupların nəzarətində olan kəndlərdən keçirilərək Azad Suriya Ordusunun əlində olan kəndlərə, oradan da Kilis sərhədinə gətirilərək, onları gözləyən qrup tərəfindən qarşılanıblar. 3 qadın terrorçu 2 gün bir polisin evində qonaq olduqdan sonra ailələri ilə görüşüblər. İllərdən sonra qızlarını görən anaları çox seviniblər. Kəşfiyyat xidməti son üç ayda 2-si qadın olan daha 23 nəfər terrorçunun da təslim olmasında rol oynayıb.
Təslim olan 3 terrorçu Qəndildə, Şimali İraqda PYD, YPG sıralarında işgəncələrə məruz qaldıqlarını, şərəf və ləyaqətlərinin təhqir oldunduğunu etiraf ediblər. Onlar hətta intihara cəhd etdiklərini də söyləyiblər.
Təhülkəsizlik qüvvələrinə təslim olan 23 terrorçu arasında olan 25 yaşlı Bazi T. Deyib: “Bizi zorla qaçırdaraq Şimali İraqa apardılar. 2 dəfə qaçmaq istədim, amma yaxalanıb mağaraya göndərdilər. İşgəncə verdilər. Qəhramanmaraşdan olan Sinemin “Belə yaşamaqdansa, ölmək yaxşıdır” deyərək özünü Zap sularına atdığını gördüm. Suriyaya göndərilən kimi qaçdım”.
 
"Sənin dava dediyin mənim ayaqlarımın arasıymış”
 
Halisənin anlatdıqları isə adamı dəhşətə gətirir: “5 il öncə babam "mən yaşlıyam, qardaşların isə balacadı. Sən gedib dava etməlisən" deyib 16 yaşımda məni PYD rəhbərlərinə təslim etdi. İraqa aparılan 15 uşaq arasında ən böyüyü mən idim. Oralarda daim təcavüzə məruz qaldım. Kobanidə üzərimizə yağdırılan mərmilərdən gizlənmək üçün girdiyimiz çuxurda belə, kişi terrorçu mənə sahib olmağa çalışdı. İntihar etməyi düşündüm, amma babama "sənin dava dediyin mənim ayaqlarımın arasıymış” demək üçün təslim oldum"(hurriyyet.org).