“Sən qələt edərsən, nəslin-kökünlə bir yerdə...” – Deputatdan Paşinyana SƏRT SÖZLƏR

Baxış sayı:
13525

“Qarabağın Ermənistana birləşdirilməsi ermənilərin 100 illərlə davam edən xəyallarıdır, iddialarıdır. Böyük Ermənistan yaradılması yolunda atılan növbəti addımlardır. Burda gizlin heç nə yoxdur”.
Muxalifet.az xəbər verir ki, bunu “Yeni Sabah”a  açıqlamasında millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlərinə cavab olaraq deyib.
O, bildirib ki, ermənilər illər boyu Dağlıq Qarabağı Azərbaycandan qopartmaq iddiasında olublar. XX əsrin sonlarında Moskvanın və Moskvakimilərin köməyi ilə bu ərazi müvəqqəti də olsa onların nəzarətinə keçib. 
“Onlar 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı mitinqləri başlayanda şüarları elə birləşdirmək idi. İndi orda guya aralıq mərhələ olaraq respublika yaradıblar. Onların məqsədi təkcə Ermənistanın deyil, həmçinin Azərbaycanında xeyli hissəsini Ermənistana birləşdirilməsidir. 
Onlar nəinki Azərbaycan, həm də Gürcüstandan, İrandan da ərazi iddiasındadırlar. Ancaq onlar çox şey deyə bilərlər. Tarixi həqiqətlərə baxmaq lazımdır. Həmin ermənilərdir ki, onlar 250 il əvvəl köçürülüb Azərbaycan torpaqlarına gəlib yerləşdiriblər. Bu gün Ermənistan adlı dövlətin mövcud olduğu ərazi  tarixi Azərbaycanın torpaqlarıdır. 
Paşinyanın bir cavabı var. Paşinyan hökumətdə möhkəmlənməsi üçün, ona qarşı olan Qarabağ klanını neytrallaşdırmaq üçün təlxəklik edir. Əgər o özünü bir siyasi adam, əgər adamdırsa, dövlət başçısıdırsa, o belə başından böyük hərəkətlər etməz. Təlxəyə də elə mənim kimi təhqiramiz cavab verərələr ki, sən qələt edərsən, nəslin-kökünlə bir yerdə. 
Halbuki, gərək dövlət başçısına belə sözlər deyilməyə, amma o özünü dövlət başçısı kimi aparmır. Bizim də əlbəttə ki, ona cavabımız var. Cənab prezidentimiz dəfələrlə bunu bəyan edib. Biz təkcə işğal olunmuş ərazilərimiz deyil, qədim Azərbaycan torpaqlarını da işğaldan azad edəcəyik. Amma bu nəyə arxayındı? Nə üçün belə hərəkətlər edir?
Bilirsiz nəyə arxayındır? Keçmişdə də mövcud olmuş, indi də davam edən xristian həmrəyliyinə arxayındırlar. Bu gün xristianların müsəlmanların başlarına açdığı oyunlar göz qabağındadır. 
Baxın İslam ölkələrinə, orda baş verən hadisələrin səbəbkarı məlumdur ki, kimləridir. Azərbaycan da İslam dünyasının bir hissəsidir və ölkəmizdə həmin xristian həmrəyliyinə məruz qalmışdır. Paşinyan arxayın olmasa, o nə Azərbaycan ərazilərini işğal edə bilməz, nə də ki, bu torpaqlara gələ bilməz, nə də o sərsəm bəyanatları verə bilməz. 
Paşinyandan artıq günahkar beynəlxalq təşkilatlardır, başda da BMT.
Yəni BMT o qədər aciz və gücsüzdür ki, 4 qətnaməsini icra etdirə bilmir? Yəni ATƏT-in Minsk qrupunun  3 dövləti bu cırtdan dövlətin öhdəsindən gələ bilmir?  
Mən düşünürəm ki, bu 3 həmsədr dövlətin riakarlığı, qeyri-səmililiyi, ədalətsizliyi işğalçını ilhamlandırır. Bunların bu hərəkətlərinə qarşı niyə illərdir bir sanksiya görmürlər? Demək belə çıxır ki, bunlar işğalçı ilə həmrəydilər. 
Ermənilər deyir müharibə olmasın, buraları almışıq, bizimkidir. Onlar da deyir ki, müharibə eləmiyin görün nətər olacaq axrınız. 
Bütün bunların qarşısı alınması üçün Azərbaycan dövləti günü-gündən güclənməlidir, iqtisadiyyatlı güclənməlidir. Ən əsas da ordu güclənməlidir. Biz heç kimə baxmadan kimisəni gözləmədən, düşmənlərimizi ərazilərdən təmziləmək üçün hərbi əməiyyatlara başlamalıyıq. 
Qoy bütün dünya bizə qarşı çıxsın bunun üçün. Amma bundan artıq təhqir olmaz axı. Əgər kimsə də düşünürsə ki, qətnamə ilə , sülh ilə, razılıq ilə torpaqlarımız azad olacaq, bu olmuyacaq, tək yol müharibədir. Atatürkün yaxşı bir fikri var: “Dövləti mərhəmətlə, xahişlə, minnətlə idarə etmək olmaz, dövləti cəsarətlə, qətiyyətlə idarə etmək lazımdır””.