“Sən nə Cenifer Lopez deyilsən, nə də Şakira” – Aşıq Namiqdən qalmaqallı açıqlama - Video

Baxış sayı:
4453

“Maşın Şou”nun 18-ci sürətində həyəcan hər keçən gün daha da artır. Şou yeni başlamasına baxmayaraq artıq bir neçə qalmaqal yaşanıb.
Baku TV-yə açıqlama verən Kərimi yarışmadan kənarlaşdıran aşıq Namiq bu dəfə müğənni Ayanla bağlı qalmaqallı sözlər deyib.
O, bildirib ki, Ayan özünü bir az sadə aparsa yaxşı olar: “Neçə dəfə demişəm ki, özünü çox yuxarıdan aparma. Sən nə Cenifer Lopez deyilsən, nə də Şakira. Əlçatmaz biri deyilsən. Müğənnisən”.