"Sənə hansı kişi dözər" - Zaurdan Əməkdar artistə

Baxış sayı:
7165

Ötən gün "Bizimləsən" verilişinin qonağı əməkdar artist Hüsniyə Mürvətova olub. BiG.AZ xəbər verir ki, proqramda ailədəki problemlər müzakirə edilib. Ailə qurmaqdan bəhs edən aparıcı Zaur Baxşəliyev aktrisanın ünvanına "Sənə çətin yaxın duralar. Bu aqresiya, əsəblə, işlə hansı kişi sənə dözər?" sözlərini söyləyib. H.Mürvətova isə "Bunlar zarafatdır. Nə bilirsən, bəlkə mən də ailə qurdum. Qismət" cavabını verib. Aktrisa daha sonra bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib və "Zaurdu da, nə deyim" sözlərini yazıb.