​“Sən bilmirsən “Ata bank” kimindir? Mənasız yerə şikayət edirsən” – MƏCBURİ KÖÇKÜN EVİNİN BANK TƏRƏFİNDƏN ƏLƏ KEÇİRİLDİYİNİ İDDİA EDİR

Baxış sayı:
13822

Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən müəllif “Atabank” ASC-nin rəhbərliyindən şikayətçidir. O, yazır: “Mən, 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/NPoladlı kəndində qeydiyyatdayam. Hazırda barəsində Nərimanov RPİ-də CM-nin 178.3.2 maddəsi üzrə cinayət istintaqı davam edən Əskərov Nazim Mahmud oğlu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən və 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü mənim razılığım və icazəm olmadan 08 noyabr 2013-cü ildə “Atabank” ASC-nin Xəzər filialınına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyulmuş evimin əvəzinə 95000 manat pul götürərək mənimsəmişlər. Bu arada, yəni, 2015-ci ilin fevralında N.Əskərovun bank qarşısında öhdəlik götürdüyü pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün “Ata bank” tərəfindən açıq hərracda öz nümayəndəsinə formal sataraq, borcun tam ödənilməsi üzrə icra işlərinə başlanılmışdır. Yəni Bank müdiri ilə N.Əskərov arasında olan sövdələşməyə əsasən, 48 ay müddətinə verilmiş 95 000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400 000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq, bank müdirinin niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir. Bəlkə kredit götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi borcu tam bağlamaq istədi. O zaman 4 illliyə verilmiş krediti 13 ay vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nə idi? Budur, bu azmış kimi, bank müdiri yenə də hazırda bu iş üçün CM-nin 178.3.2 maddəsi üzrə 8 ay davam edən istintaqın başa çatdığı anda öz dələduz dostunu xilas etmək və mənə təzyiq göstərmək üçün dərhal Binəqədi İcra şöbəsinin icra məmuru Tural Süleymanovla gizli sövdələşərək həm banka girov qoyulmuş çıxarışı olan və 5 sot torpağın üzərində tikilmiş mülkün içindəki əşyaları, həm də girov predmeti olan sərhəddə yerləşən və yenə də digər 5 sot torpaq üzərində oğlum üçün tikilmiş binalarda yerləşən şəxsi əşya və digər çoxsaylı əşyalarımı qarət etmiş, bəzilərini isəmənə məlum olmayan yerə yığaraq təcili boşaltmışlar. Axı icra məmuruna kim səlahiyyət verir ki, məhkəmə predmeti olmayan digər 5 sot zonada tikilmiş obyektlərə də qanunsuz müdaxilə edərək icra adı altında “Atabank”ın rəhbərliyinin sifarişi əsasında qarət və talanla məşğul olmuşdur. İcra məmuru T.Süleymanov“Atabank” müdirindən nə qədər rüşvət alıb ki, vəzifə səlahiyyətindən süi-istifadə edərək mənim iştirakım olmadan belə bir korrupsiyailə məşğul olmuşdur. Narazılığımı bildirəndə isə “Atabank” ASC-nin problemli məsələlər üzrə işçisi Toğrul bəy mənə başa salmağa çalışır ki, “Bəs, sən bilmirsənmi “Ata bank” kimindir? Mənasız yerə şikayət edirsən”. Bax bu yerdə Hüseyn Cavidin “İblis” əsəri yada düşür.Doğrudanmı, iblisə uymuş ATABANK? İnanıram ki, bu özbaşna təşkilata bir STOP! deyən tapılacaq, inşallah! Cənab Prezident! Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da o sərbəst surətdə hazırda Gədəbəy rayonunda su sexi biznesini genişləndirməklə məşğuldur. Və hazırda “Atabank” qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, bank müdirilə gizli sövdələməyə gedərək mənə maddi və mənəvi zərbə vurmaq üçün “Ata bank” rəhbərliyini əvvəl sövdələşdiyi kimi, icra məmuru vasitəsilə quldurluq edib məhkəmə predmetinə daxil olmayan əmlakımı qanunsuz olaraq talamış və yağmalamışdır. Çox hörmətli Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm, məhkəmə predmetinə daxil olmayan, ayrıca yeganə övladım üçün 5 sot torpaq üzərində tikdiyim otaqlardakı bütün şəxsi əşyalarımı, daşınar çoxsaylı mülklərimi “Atabank” ASC- rəhbərliyinin birbaşa göstərişi əsasında oğurlanmış və talan edilmiş bütün əşyalarımın dərhal yerinə qaytarılması, şəxsi mülkümə və banka aid olmayan əraziyə daxil olmağıma rüşvət hesabına mənə imkan verilməyən daşınmaz əmlakımdan istifadə etməyimə icazə verilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.