SMS icazədə dəyişiklik - Bütün icazələr silinir

Baxış sayı:
3533

SMS sistemində müəyyən dəyişiklik edilib.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, indi cavab SMS-də şəxsiyyət vəsiqəsinin konkret nömrəsi göstəriləcək. ASAN rəhbəri bildirib ki, 5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır.

Bundan əlavə artıq ezamiyyət ilə bağlı da icazə portalında xüsusi qeydlər edilməlidir. Şirkətlər icazənin kimə, nə qədər müddətə verilməsini göstərəcəklər. Bu məlumatlar əsasında şəxslər postlardan buraxılacaqlar.