Şəmkirdə yanğında xəsarət alanlar Bakıya gətirildi - VƏZİYYƏTLƏRİ AĞIRDIR

Baxış sayı:
1152

Şəmkirdə yaşayış evində yanğın zamanı xəsarət alan xəstələr Bakıya gətirilib.

Muxalifet.az xəbər verir ki, bu barədə qaynarinfo-ya Şəmkir rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildirilib ki, hər iki xəstənin vəziyyəti ağır olub:

"Vəziyyətləri çox pis idi. Bu üzdən gecəykən Bakıya apardılar”.

Qeyd edək ki, Şəmkir rayonunun Ələsgərli kəndində yanğın hadisəsi baş verib. Yanğın zamanı bir nəfər ölüb, iki nəfər - 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.