Şəmkirdə yandırılan ana və qızı Bakıya gətirilir - NAZİRLİK ONLARIN MÜALİCƏSİNİ NƏZARƏTƏ GÖTÜRDÜ

Baxış sayı:
5105

Səhiyyə Nazirliyi Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində baş verən hadisə zamanı xəsarət alanları nəzarətə götürüb.

Xatırladaq ki, sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. Uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Onun anası və nənəsi kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkitov virtualaz.org-a bildirib ki, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynananın bədənini 50%, qızının bədənin isə 70%-nin yandığı bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə əlavə mütəxəssislər dəvət edilib.

Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb.