​Şəmkirdə və Gəncədə dərmandan zəhərlənmə: iki qadın xəstəxanaya düşdü

Baxış sayı:
1225

Şəmkir və Gəncədə iki nəfər dərmandan zəhərlənib.
APA-nın məlumatına görə, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Pərvanə Mustafayeva dərmandan zəhərlənərək xəstəxanaya çatdırılıb.
P. Mustafayevaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Gəncə sakini, 1996-cı il təvəllüdlü Əliyeva Şəhanə də dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hər iki fakt üzrə araşdırma aparılır.