​Şəmkirdə toy günü DƏHŞƏTLİ QƏZA: 2 ölü, 3 yaralı - YENİLƏNİB

Baxış sayı:
3231

Şəmkirdə ağır yol qəzası baş verib.
 
Muxalifət.az
-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücü ölüb.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kənd ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan avtomobil maneə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.