​Şəmkirdə SİLAHLI İNSİDENT: 1 nəfər güllələndi

Baxış sayı:
3303

Şəmkirdə silahlı insident olub.
Muxalifət.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.
Küçədə bir nəfərin odlu silahdan digər bir şəxsə atəş açdığı bildirilir. Güllə yarası alan kişi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.