Şəmkirdə polislər qəzaya düşdü: ÖLƏN VƏ YARALILAR VAR

Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Report-un məlumatına görə, qəsəbə ilə hərəkət edən VAZ-21021 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quliyev Rauf xəstəxanaya yerləşdirilib.
Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.
Faktla bağlı araşdırma aparılır.