Şəmkirdə “Niva” 13 yaşlı qızı vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.
 Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.