Şəmkirdə namus üstündə cinayət - Bacısıyla gördüyü oğlanı ÜRƏYİNDƏN VURDU - YENİLƏNİB

Baxış sayı: 130

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.
Report.az xəbər verir ki, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.
Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
H.Xəlilov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 

*** 23:01

15 yaşlı yeniyetmə həmyerlisini ürəyindən bıçaqladı - ŞƏMKİRDƏ  

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.
Belə ki, rayonun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdülü Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına  çatdırılsa da, onun öldüyü məlum olub.
İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.