​Şəmkirdə kütləvi dava: yaralılar var

Baxış sayı:
3520

Şəmkirdə kütləvi dava baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, rayonda baş verən dava zamanı üç nəfər rayon sakini 1985-ci il təvəllüdlü Elgün Musayev, Gəncə sakinləri 1987-ci il təvəllüdlü Emin Babayev və 1971-ci il təvəllüdlü Elçin Boldurov bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Onlara tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Onların kimlər tərəfindən döyüldüyü hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.