​Şəmkirdə gənclərin davasında QAN TÖKÜLDÜ - BIÇAQLANMA

 
Şəmkirdə bıçaqlanma olub.
Belə ki,  rayonun Kür qəsəbə sakini, 1984-cü il təvəllüdlü Mehdiyev Vüqar Feyruz oğlu döş qəfəsinin daxilə keçməyən kəsilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə V. Mehdiyev qəsəbədə dava zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.