​Şəmkirdə ağır yol qəzası baş verib

Baxış sayı:
6133

Şəmkir rayonunun yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Report)