Şəmkirdə ağır qəza: xəsarət alan var

Baxış sayı:
14731

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.